Lionel Messi 5-ci dəfə "qızıl buts" mükafatına qovuşdu

23:07 18 Dekabr 2018

Avropanın yaşıl meydanlarında ən çox qol vuran futbolçuya təqdim edilən “qızıl buts”un sahibi olan Lionel Messi mükafatına qovuşub.

 

Sportarena.az xəbər verir ki, Messi karyerası ərzində 5-ci dəfə “qızıl buts” mükafatını qazanmaqla buna ən çox nail olan futbolçu olub. O, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub. 2 top geri qalan "Liverpul"un futbolçusu Məhəmməd Salah ikinci olub.


Xəbər xətti