Azərbaycan Kuboku: "Zirə" və "Neftçi" yarımfinala yüksəldi - YENİLƏNİB

21:00 19 Dekabr 2018

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.Günün ilk matçı “Bayıl Arena”da baş tutacaq. Burada“Səbail” “Zirə”ni qəbul edəcək. İlk oyunda "Zirə" rəqibinə 1-0 hesabı ilə qalib gəlib.

 

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir.

 

Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.


 

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr (çərşənbə)

 

16:00 “Səbail” – “Zirə” 2-3 

Qol. A.Skarlatake,3(avtoqol), A.Nağıyev, 45+2,73,Pərdis Fərcad-Azad,63, Ruslan Qurbanov,83
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”

 

19:00 “Sumqayıt” – “Neftçi”  0-1 

Qol. N.Ələsgərov,42 

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
“Kapital Bank Arena”.


Xəbər xətti