Azərbaycanlı məşhurlar Türkiyədə mükafatlandırıldı: SİYAHIDA "CBC SPORT"UN ƏMƏKDAŞI DA VAR - FOTOLAR

13:03 20 Dekabr 2018

Türkiyənin İstanbul şəhərində ikinci dəfə keçirilən “Türkiyə – Azərbaycan Qardaşlıq Mükafatları” mərasimi başa çatıb.

 

Sportarena.az xəbər verir ki, tədbirin aparıcılarından biri Şəhriyar Əbilov olub.

Azərbaycandan Gülnarə Hüseynova ən yaxşı iş qadını, Roza Zərgərli ən yaxşı pop qadın ifaçısı, Ayaz Qasımov ən yaxşı pop kişi ifaçısı, Şəfa Yadigarova ən yaxşı dietoloq, Azər Axşam ən yaxşı şoumen, Zeynəb Sadıqova ən yaxşı fitoterapevt mütəxəssisi, Lalə Ələkbərova ən yaxşı estetik cərrah, Nurşən Quliyeva ən yaxşı qız uşaq modeli, Uğur Əlizadə ən yaxşı oğlan uşaq modeli, ATV-nin jurnalisti Lalə Azərtaş ən yaxşı xəbər aparıcısı, Dilarə Əliyeva ən yaxşı komediya qadın aktrisası, Rəşad Kəsəmənli ən yaxşı serial aktyoru, kikboksinq üzrə beşqat dünya çempionu Fuad Zeynalov ən yaxşı idmançı, “CBC Sport”un jurnalisti Ürfan Məmmədli ən yaxşı idman aparıcısı, Vəfa Vaqifqızı ən yaxşı təşkilatçı, Tahir Məhərrəmli ən yaxşı toy təşkilatçısı, Kənan MM“ Savaşçı” serialındakı roluna görə ilin dram kişi aktyoru, Məleykə Əsədova ən yaxşı dram qadın aktrisası kimi təltif olunub. 

Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” ilin ən yaxşı sosial analitik verilişi, Afaq Gəncəlinin “ATV Maqazin”i ən yaxşı maqazin verilişi seçilib. Şərəf Mükafatı Brilliant Dadaşovaya verilib. Elşən Əliyevin “Emedia Qrup”u ən yaxşı sosial məsuliyyət layihəsi və İlqar Əliyevin məktəbi ən yaxşı model məktəbi kimi mükafata layiq görülüb.



Xəbər xətti