Mourinyo “Real”a dönür?

16:28 20 Dekabr 2018

“Mançester Yunayted”dən ayrılan Joze Mourinyo “Real”ın baş məşqçisi ola bilər.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” portuqaliyalı mütəxəssisə təklif göndərib. İspan nəhəngi Mourinyoya 15 milyon avro illik maaş təklif edib. Həmçinin klub prezidenti Florentino Peres transfer səlahiyyətlərini 55 yaşlı çalışdırıcıya verəcək. 

Madrid təmsilçisi Joze ilə iyul ayında müqavilə imzalamağı düşünür. Səbəb isə “Mançester Yunayted”də ödənilməli olan 5 milyon avroluq təzminatdan qaçmaqdır.


Digər xəbərlər

Xəbər xətti