"Real"dan 18 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdı

17:40 20 Dekabr 2018

"Real"ın prezidenti Florentino Peres Dortmund "Borussiya"sından Yadon Sançonu transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri yanvar ayında almanlara 18 yaşlı futbolçu üçün 70 milyon avro təklif edəcək.

 

Qeyd edək ki, ötən ilin yayında "Mançester Siti"dən "Borussiya"ya 7,84 milyon avroya transfer olunan Sançoy hazırda "Transfermarkt" 70 milyon avro qiymət qoyub. 18 yaşlı sol cinah oyunçusu cari mövsümdə oynadığı 23 rəsmi matçda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.


Xəbər xətti