"Komandadan 6 nəfər göndəriləcək" - "Keşlə"nin baş məşqçisi

Sportarena.az      20 Dekabr 2018, 22:24

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Keşlə” – “Qarabağ” (1:1) matçından sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

- Kubok oyunu elədi ki, səhvlər bağışlanmır. Maraqlı oyun izlədik. Komandadan çox razı qaldım. Baxmayaraq ki, mərhələ keçə bilmədik, oyun baxımından çox irəliləyiş var. “Qarabağ”ı təbrik edirəm. Gözəl oyuna görə futbolçulara təşəkkür edirəm. Göstərdiyimiz oyunun davamını gətirərək, gələn il daha yaxşı oynamağa çalışacağıq. Görmək istədiyimi meydanda gördüm. Narahat olduğum məsələlər də var. Hissələrin əvvəlində və ya sonunda qollar buraxırıq. Xətlərarası əlaqə, hücum müdafiə məsələlərini həll etmişik, amma bu problemlər qalır.

 

- Bundan qabaqkı oyunlarda belə oynamağa nə mane olurdu?
- Heç nə birdən-birə qurulmur. Görəcəyimiz işlər çoxdu. Komandanın indi-indi özünə inamı gəlirdi, daha kompakt oynamağa nbaşlayırdıq. İndi də fasilə yaranır. Ayyarım müddətdə nəsə iş görmək çətindi. Təməldə problem var idi, yavaş-yavaş aradan qaldırdıq. İndi də fasilə yaranır.

 

- Gedəcək futbolçuları müəyyənləşdirmisiz?
- Hələ ki, tam siyahı bəlli deyil.  Sabah açıqlanacaq. Bəzi oyunçularla danışıq gedir.

 

- Təxmini neçə nəfər göndərəcəksiz?
- 6 nəfər göndəriləcək.

 

- Qışda komandanı formalaşdırmaq mümkün olacaq?
- İnşallah. Siyahımızda bəzi futbolçular var. Onlarla danışıq gedir. Yerli və əcnəbi futbolçular var. Onlar da bizə qoşulduqdan sonra daha yaxşı “Keşlə” görəcəksiz.

 

- Avrokubok zonasından çox da uzaq deyilsiz. “Keşlə” elitada qalmağa oynayacaq, yoxsa avrokuboklara?
- Qabaqda 14 tur var. Çox şey dəyişə bilər. Elitada qalmaq haqda fikirləşmirik. Bu, ağlımdan da keçmir. Komanda daha yaxşı oynaya və avrozonaya düşə bilər. 3-cü pillədən cəmi 9 xal geriyik. Bizi uzun marafon gözləyir. Ciddi hazırlaşmalıyıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin