Millimizin yeni baş məşqçisinin adı açıqlandı - SON XƏBƏR

15:45 21 Dekabr 2018

Sərbəst güləş üzrə millimizin yeni baş məşqçisinin kimliyi bilinib.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, bu, dağıstanlı Saypulla Absaidov olacaq.

 

Qeyd edək ki, Absaidov bunadək gənclərdən ibarət millimizin baş məşqçisi idi. O, 2009-2013 və 2014-2016-cı illərdə böyüklərdən ibarət millinin baş məşqçisi olub.Saypulla Absaidovdan əvvəl bu vəzifəni Firdovsi Umudov yerinə yetirirdi. Umudov federasiyada sərbəst güləş üzrə vitse-prezident vəzifəsini icra edəcək.


Xəbər xətti