"Səfərdə "Qarabağ"a qalib gəlməyimiz önəmli idi" - AÇIQLAMA

16:45 21 Dekabr 2018

"Avropa Liqasında mümkün qədər irəli getmək istəyirdik. Amma rəqiblərin gücünü nəzərə aldıqda, qrupdan çıxmağa ümid etmək çətin idi".

 

Sportarena.az xəbər verir ki, bunu Ukrayna "Vorksla"sının futbolçusu Mixail Sergiyçuk deyib. 27 yaşlı hücumçu komandasının qrup mərhələsindəki çıxışından danışıb: "İngiltərə "Arsenal"ı və Portuqaliya "Sportinq"inə qarşı oynamaq ikiqat xoş idi. Belə tanınmış komandalarla görüşlərdə özünü sınamaq və təcrübə toplamaq olar. "Qarabağ"a səfərdə qalib gəldik və Avroliqada ilk xallarımızı topladıq. Bu, önəmlidir".

 

Qeyd edək ki, "Vorskla" "Qarabağ"a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub. 


Xəbər xətti