"Qarabağ" Gürcüstanda 1/4 finala yüksəldi

12:10 22 Dekabr 2018

“Qarabağ”ın 12 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda təşkil olunan “Bendela Cup” turnirində iştirak edir.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi qrupun son matçında "Kaspi"ylə qarşılaşıb və rəqibini 4:0 hesabıyla məğlub edib. Bu nəticə ilə "Qarabağ" qrupu lider tamamlayıb və 1/4 finala vəsiqə qazanıb. "Köhlən atlar" bu mərhələdə "Saburtalo"nun U-11 komandasıyla qarşılaşacaq.

 

Turnirdə "Qarabağ"la yanaşı, Gürcüstan və Qazaxıstanın komandaları da iştirak edir.


Digər xəbərlər

Xəbər xətti