Premyer Liqa klublarının transfer bazarlığı - YENİLƏNİB

11:59 9 Fevral 2019

Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümü üçün qış transfer pəncərəsi başa çatıb.

 

Sportarena.az klublarımızın heyətində qış fasiləsində baş verən dəyişiklikləri təqdim etdi:

 

“Neftçi”

Gələnlər: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Qarabağ"), Aqil Məmmədov ("Qəbələ"), Vangelis Platellos (OFİ, Yunanıstan)

Gedən: Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Kvame Karikari ( icarə "Əl Oruba" BƏƏ), Slavko Braliç, Dario Federiko, ("Daequ", Cənubi Koreya)

Müqavilə müddətini artıran: Yoxdur

 

“Qarabağ”

Gələn: Reynaldo Silva ("Aktobe", Qazaxıstan), Hacıağa Hacılı ("Qəbələ"), Riçard Almeyda, (icarə, "Astana")

Gedən: Turan Vəlizadə ("Neftçi"), Coşqun Diniyev ("Sabah")

Müqavilə müddətini artıran: Yoxdur

 

"Səbail"

Gələn: Elvin Yunuszadə ("Sabah"), Aleksandr Rıbka ("Afyanspor")

Gedən: Edqar Paçeko, Emil Balayev ("Tobol", Qazaxıstan)

Müqavilə müddətini artıran: Yoxdur

 

“Sabah”

Gələn: Rəşad Eyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ"), Coşqun Diniyev, ("Qarabağ")

Gedənlər: Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov, Ülvi İbazadə, Elvin Yunuszadə ("Səbail")

Müqavilə müddətini artıran: Yoxdur

 

“Qəbələ”

Gələn: Anar Nəzirov ("Zirə"), David Volkovi ("Saburtalo", Gürcüstan)

Gedən: Təmkin Xəlilzadə ("Sabah"), Aqil Məmmədov ("Neftçi")

Müqavilə müddətini artıran: Yoxdur

 

“Sumqayıt”

Gələn: Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Sumqayıt"), Aydın Bayramov ("Sabah"), Peyman Babayi (icarə, "Maşınsazi", İran), Peyman Keşavarz ("Yasan Al-Vaste", Oman),Əmir Ağayev ("Hapoel")

Gedən: Orxan Əliyev, Orxan Sadıqlı (icraə müddəti başa çatıb), Bəxtiyar Həsənalızadə ("Zirə")

Müqavilə müddətini artıran: Yoxdur

 

“Keşlə”

Gələn: Vüsal İsgəndərli ("Zirə"),Con Kamara ("Kaysar", Qazaxıstan), Valeri Kutsenko ("Sperantsa",Moldova), Luis Anxelo Pena ("Mineros",Venesuela")

Gedən: Ebrima Sohna, Bahodir Nəsimov,Georgios Georgiadis,Herve Tçami, Elnur Cəfərov, Məmməd Quliyev, Orxan Sadıqlı ("Zirə"), Diallo Quidileye

Müqavilə müddətini artıran: Yoxdur

 

“Zirə”

Gələn: Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Orxan Sadıqlı ("Keşlə"), Mfo Kqasvane ("Baroka"), İsmail Fofana ("Vayvodina", Serbiya), Xulio Sezar Rodriqez ("Deportivo Kapiata", Paraqvay), Robin Nqalande ("Baroka")

Gedən: Adil Nağıyev ("Sumqayıt"), Vüsal İsgəndərli, Anar Nəzirov ("Qəbələ")

Müqavilə müddətini artıran: Yoxdur


Digər xəbərlər

Xəbər xətti