İngiltərə çempionatı: "Tülkülər" "Çelsi"ni 1 qolla məğlub etdi

00:21 23 Dekabr 2018

İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, "Çelsi" evdə "Lester Siti"ni qəbul edib. London klubu doğma divarlar arasında "tülkülər"ə 0-1 hesabı ilə uduzub.

 

Premyer Liqada turnir cədvəlinə 48 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 44 xalla 2-ci, "Tottenhem" 39 xalla 3-cüdür. "Çelsi" və "Arsenal" 37 xalla 4-5-ci yerləri bölüşürlər. "Lester Siti" 25 xalla 9-cu yerdə qərarlaşıb.

 

"Çelsi" 0-1 "Lester Siti"

Qol: Ceymi Vardi, 51


Digər xəbərlər

Xəbər xətti