"Real" Ronaldosuz da dünyanın ən güclü komandası ola bildi

23:35 22 Dekabr 2018

Klublararası dünya çemponatının qalibi müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, final İspaniya "Real"ı turnirin ev sahibi olan Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubu ilə qarşılaşıb.

 

Matçı ispanların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Luka Modriç, Markos Llorente və Serxio Ramos fərqlənib. İspaniya təmsilçisi həmçinin Yahya Nadirin avtoqoluna sevinib. "Əl-Ayn"ın təsəlli qoluna isə Tsukasa Şiotani imza atıb.

 

Qeyd edək ki, "Real" 4-cü dəfə klublararası dünya çempionatının qalibi olub (2014, 2016, 2017, 2018). "Kral Klubu" bu göstəricidə rekordçudu. İkinci pillədəki "Barselona" 3 dəfə bu kuboka sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti