Çempionlar Liqasında ən dəqiq ötürmə verən futbolçu - SİYAHI

01:50 25 Dekabr 2018

Çempionlar Liqasının qrup mərhələsində ötürmə dəqiqliyinə görə ən yaxşı göstəriciyə malik futbolçunun adı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu, Almaniyanın "Borussiya" (Dortmund) klubunun oyunçusu Aksel Vitseldir. 29 yaşlı futbolçu 96% göstərici ilə ilk pillədə qərarlaşıb. Onun 447 ötürməsindən 427-si ünvanına çatıb.

 

Bildirək ki, "Top-5"likdə Toni Kroos ("Real Madrid"), Serxio Buskets, İvan Rakitiç ("Barselona") və Marek Hamşik qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti