Sevil və Sevinc bacılarının klipinə çəkilən futbolçu narkotikdən istifadə edib - FOTO + VİDEO

17:29 25 Dekabr 2018

Rusiyalı futbolçu Draqomir Duminika kokaindən yararlandığını etiraf edib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "Bombardier"ə açıqlamasında narkotik maddədən Litvanın "Qranitas" klubunun formasını geyindiyi vaxt istifadə etdiyini bildirib. 

 

O, kokaini ilk dəfə Litvada sınadığını söyləyib: "Mövsümün son oyunu idi və ondan sonra klubu bağladılar. Futbolçular oyundan sonra təyyarədə və ya avtobusda pivə içdilər, kart oynadıqdan sonra beyni və əzələləri rahatlaşdırdılar. Ev oyunlarından sonra bunu etmədilər, səfərlərdən sonra baş verdi".

 

Duminika əlavə edib ki, avtobusla gedərkən pivə içən oyunçuların zarafat etdiklərini və güldüklərini eşidib: "Komanda yoldaşım Marios mənə yaxınlaşdı və onlara getməyimi təklif etdi. Kart oynamaqla yanaşı, kokaindən istifadə edirdilər. Həmin vaxt istifadə etdiklərinin nə olduğunu bilmirdim. Mən də sınadım. Bunun ciddi bir şey olmadığını dedilər. Sonra isə həmin narkotikin kokain olduğunu öyrəndim. Axşam isə qumarxanaya getdik və bütün pullarımızı uduzduq".

 

Qeyd edək ki, Xorvatiya əsilli Draqomir Duminika azərbaycanlı müğənnilər Sevil və Sevinc bacıları ilə "Son öpüş" klipinə çəkilib. O, hazırda Rusiyanın Rossoş şəhərini təmsil edən "Spartak"da forma geyinir. 

 

 



Digər xəbərlər

Xəbər xətti