"Qara Qarayev hər dəfə deyirdi ki, məni o siyahıdan çıxarın" - AÇIQLAMA

18:33 25 Dekabr 2018

"Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçular Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) test qrupunda yer almaqdan narazıdırlar".

 

Sportarena.az xəbər verir ki, bunu agentliyin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

 

O bildirib ki, qrupda yer almağa etiraz edən futbolçulardan biri də Azərbaycan millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayevdi: "Hər dəfə deyirdi ki, məni həmin siyahıdan çıxarın. Lakin onunla söhbətim oldu, danışdıq. Hər şeyi başa düşdü. Futbolçular anlamalıdı ki, məkan məlumatlarını vaxtında verən idmançılar müəyyən zamandan sonra siyahıdan çıxarılır. Qarayev bizimlə söhbətdən sonra təşəkkür etdi. O, bundan sonra AMADA-nı dəstəkləməyə və qurumun təşkil etdiyi tədbirlərdə iştirak etməyə hazırdı". 


Xəbər xətti