Neymar "Barselona"ya qayıdır - DANIŞIQLAR BAŞLADI

13:19 26 Dekabr 2018

PSJ klubunun braziliyalı hücumçusu Neymar “Barselona”da oynamaq istəyir.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, hazırda Neymar Kataloniya klubunun rəhbərliyi ilə danışıqlar aparır.Qüvvədə olan müqaviləyə əsasən, 160 milyon avro ödəyən istənilən klub 2020-ci ildə Neymarı transfer edə bilər. Braziliyalı futbolçu isə sadəcə bu prosesi sürətləndirmək istəyir.Bildirilir ki, variantlardan biri Neymarı “Barselona”nın fransalı hücumçusu Usman Dembele ilə dəyişdirilməsidir.

 

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti