"Real Madrid" Ronaldonun boşluğunu onunla dolduracaq

18:20 26 Dekabr 2018

Yaz transfer pəncərəsində Kriştiano Ronaldonu “Yuventus”a satan “Real-Madrid” onun boşluğunu “Lion”un şərəfini qoruyan Nabil Fekir ilə doldurmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, Kral klubu artıq “Lion”a bu barədə təklif göndərib.“Marca”da yer alan xəbər görə, karyerası ərzində yalnız “Lion”da forma geyinən 25 yaşlı oyunçunun “Real-Madrid”ə transferi mümkün görünür.

 

Qeyd edək ki, Fekir bu il “Lion” forması ilə 17 rəsmi oyuna çıxıb. 7 qol və 4 asist edib. Futbolçunun klubla 2020-ci ilə qədər müqavilə müddətinin olduğu bildirilir.


Xəbər xətti