Prezident İlham Əliyev FHN-in idman-sağlamlıq klubunun açılışında - FOTOLAR

16:05 27 Dekabr 2018

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun açılışı olub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

 

Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.



Digər xəbərlər

Xəbər xətti