"Barselona" yeni transferini təqdim etdi

18:27 27 Dekabr 2018

İspaniya "Barselona”sı yeni futbolçusunun təqdimat mərasimini keçirib.

 

Sportarena.az xəbər verir ki, kataloniyalılar müdafiəçi Ceyson Murilyonu təqdim edib.Kolumbiyalı legioner klubunda 17 nömrəli formanı geyinəcək. "Barselona” Murilyonu "Valensiya”dan mövsümün sonunadək icarəyə götürüb.


Digər xəbərlər

Xəbər xətti