Şəfəq Hüseynli WADA-nın Xüsusi İşçi Qrupunun üzvü seçilib

20:00 27 Dekabr 2018

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyində (WADA) Xüsusi İşçi Qrupun üzvü seçilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report”a AMADA-dan məlumat verilib.Bildirilir ki, məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupun məqsədi WADA-nın rəhbərliyinə bütün ölkələrin Milli Antidopinq agentliklərinin qısa və uzunmüddətli proqramlarının effektivliyinə, dünyada dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətə dair ekspert məsləhətlərinin verilməsi, metodiki dəstəyin göstərilməsidir.

 

Xüsusi İşçi Qrupun əsas vəzifələrindən biri noyabrda WADA Təsisçilər Şurasının Bakı toplantısında qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində quruma dəstək göstərməkdir.


Xəbər xətti