Ronaldonu antirekorda aparan BİR qol - VİDEO

17:25 30 Dekabr 2018

Hər zaman rekordlar qıran Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo bu dəfə antirekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, İtaliyanın “Juventus” futbol klubunun oyunçusu Kriştiano Ronaldo 2018-ci ili 49 qol ilə yekunlaşdırıb. 33 yaşlı Ronaldo 2010-cu ildən bu yana ilk dəfədir ki, bir il ərzində 50 qol səddini keçə bilməyib.Onun əvvəlki illərdə vurduğu qol sayları belə olub: 2010 – 48, 2011 – 60, 2012 – 63, 2013 – 68, 2014 – 61, 2015 – 57, 2016 – 55, 2017 – 53, 2018 – 49.

 

Qeyd edək ki, çıxış etdiyi son oyunda dubl edən Ronaldo, rekordunu davam etdirmək üçün sadəcə 1 qola ehtiyac duyub.

 

 


Digər xəbərlər

Xəbər xətti