Millimizin baş məşqçi postuna 3 MƏŞHUR NAMİZƏD

14:00 1 Yanvar 2019

AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir.

 

Təbii ki, namizədlərin hamısı əcnəbilərdir. Federasiyanın hədəfində olan namizəd isə yığmamızda çalışmaqdan imtina edib. Söhbət Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunda çalışan Slaven Biliçdən gedir. 50 yaşlı xorvatiyalı mütəxəssis Xorvatiya millisi, "Hayduk", "Lokomotiv", "Beşiktaş" və "Vest Hem"də çalışıb. 

 

Yığmaya daha bir namizədin adı çəkilir. Həmin mütəxəssis bu ilin oktyabrında Yunanıstan millisindən istefaya göndərilən Mixael Skibbedir. Almaniyalı çalışdırıcı daha əvvəl "Qalatasaray" və "Karabükspor"un "sükanı arxasında" yer alıb və uğursuzluqları ilə diqqət çəkib.  53 yaşlı çalışdırıcı "Şalke", "Borussiya", "Bayer", "Ayntraxt", "Herta" və "Qrasshoppers" kimi komandalarda çalışıb.  

 

Millimizi çalışdırmaqdan imtina edən digər çalışdırıcı isə Fernando Yerrodur. Yerro son dünya çempionatında İspaniya millisinə rəhbərlik edib. Lakin yığmanı uğursuzluqdan xilas edə bilməyincə, özü də həmin postda qalmayıb. Yerro millimizin AÇ-2020-nin final mərhələsinə yüksəlməyinin reallıqdan uzaq olduğunu deyib. 

 

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov bu ayın əvvəlində vəzifəsindən ayrılıb. (Futbol11.az)


Digər xəbərlər

Xəbər xətti