"Sərdar və Erenlə çalışmağımız mümkün olmayacaq" - Fatih Terimdən AÇIQLAMA

17:50 3 Yanvar 2019

"Qalatasaray” futbolçuları Sərdar Aziz və Eren Derdiyokla yollarını ayıracaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fatih Terim açıqlama verib.

 

Baş məşqçi klubun rəsmi "Instagram” səhifəsinə açıqlamasında bildirib ki, hər iki futbolçunun komandaya uyğun gəlmir: "Sərdarı da, Ereni də çox istəyirəm və onların karyeralarına, istedadlarına hörmət edirəm. Ancaq bundan sonra bərabər çalışmağımız mümkün olmayacaq. Bizə uyğun futbolçular olmadıqlarını düşünürəm. Bu, bir günlük, bir oyunluq mövzu deyil. Mövsümün qalan hissəsində bizimlə olmayacaqlar. Yolları açıq olsun”.


Digər xəbərlər

Xəbər xətti