Con Delarj "Qarabağ"dan ayrılır - AMMA BİR ŞƏRTİ VAR

18:10 3 Yanvar 2019

Yayda 180 min avroya “Bursaspor”dan transfer olunan Con Delarj Azərbaycandan birdəfəlk ayrılmaq üzrədi.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” konqolu hücumçusuna özünə yeni klub tapmağı tapşırıb.Mövsümün geridə qalan hissəsini passiv keçirən və Qurban Qurbanovun gözündən düşən afrikalıya Türkiyədən və bir neçə ərəb ölkəsindən təklif gəlib.

 

Tərəflər hazırda müqavilənin pozulması yönündə danışıqları davam etdirir.

 

Burda bəzi maliyyə şərtləri var, hansı ki, Delarj iyunadək olan maaşını bəribaşdan alaraq anlaşmasını xətm etmək istəyir (Sportinfo.az).


Digər xəbərlər

Xəbər xətti