UEFA Azərbaycanın ən problemli klubunun adını açıqladı

19:12 3 Yanvar 2019

UEFA Maliyyə Feyr-Pleyi (FFP) çərçivəsində klubları ən çox cəzalandırılan ölkələrin adları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçisi də var.Belə ki, 2011-ci ildən qüvvəyə minən yeni qaydaların qurbanları sırasında indiki "Keşlə" - keçmiş "İnter" də var.

 

Sabiq "bankirlər" futbolçularına olan borcları vaxtında ödəmədiyi üçün 2016-17 mövsümündə Avropa arenasından kənarda qalmışdı.

 

Bu baxımdan liderlik Türkiyə klublarına məxsusdu. Qonşu ölkənin 5 komandası müxtəlif illərdə FFP-nin sərt cəzası ilə üzləşib və avrokubokları kənardan izləyib.

 

Bunlar "Qalatasaray", "Beşiktaş", "Bursaspor", "Qaziantepspor" və "Karabükspor"du. Qitə futbol qurumu hazırda da əksər Türkiyə təmsilçiləri ilə bağlı araşdırmalar aparır.

 

Türkləri 4 klubla Rumıniya ("Rapid", "ÇFR Kluj", "Tarqu Mureş", "Astra") təqib edir. "İnter"dən başqa, Ukraynadan "Dnepr", "Metallist", İspaniyadan "Malaqa", Serbiyadan "Srvena Zvezda", Polşadan "Lex", Latviyadan "Skonto", Litvadan "Ekranas", Rusiyadan "Rubin" və Yunanıstandan "Panatinaikos" da eyni cəzaya məruz qalmış komandalardı.

 

Türkiyədən "Fənərbaxça", "Beşiktaş", "Eskişehirspor" və "Sivasspor" danışılmış oyunlar şübhəsi ilə, "Kasımpaşa" isə UEFA lisenziyası ala bilmədiyi üçün bir dəfə avrokuboklardan kənarda qalıb.


Xəbər xətti