"Erməniyə hücum edən bir kişi oldu, o da Rəşad Sadıqov" - XATİRƏDƏN SƏRT SÖZLƏR

21:50 3 Yanvar 2019

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Arsenal” – "Qarabağ” matçının sonunda ermənilər təxribata cəhd edib.

 

Artur Zakaryan adlı Şuşadan olan bir erməni azarkeş üzərində erməni terrorçu Monte Melkonyan və qondarma Dağlıq Qarabağın bayrağı ilə meydana çıxıb. 

 

Sportarena.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış müğənni Xatirə İslam sosial şəbəkə hesabında paylaşım edib:

 

"Qarabağın yalançı bayrağına bürünüb meydançada meymunluq edən erməniyə cuman təkcə 1 kişi oldu - o da bizim Rəşad Sadıqov. Maraqlıdır, görəsən orda təkcə azərbaycanlı olan Rəşad idi?

 

Əziz və hörmətli oğlanlar, kişilər, söhbət təkcə bu məsələdə deyil, ümumiyyətlə, bir az ciyərli olun, ürəkli olun. Adam döyər də, döyülər də... Əsas odur ki, cəhd edin, cumun".


Xəbər xətti