Avropanın ən yaxşı braziliyalısı məlum oldu

14:22 4 Yanvar 2019

2018-ci ilin Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçusunun adı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, sorğu Braziliyanın "Sambafoot” saytı tərəfindən aparılıb. Ən yaxşı adına  "Liverpul”un hücumçusu Roberto Firmino layiq görülüb.

 

27 yaşlı futbolçu səslərin 21,79 %-ini toplayıb. Madrid "Real”ının müdafiəçisi Marselo (20,51) 2-ci, PSJ-nin hücumçusu Neymar (18,67) 3-cü olub.

 

Qeyd edək ki, Firmino bu mövsüm "Liverpul"un heyətində 27 oyuna 9 qol vurub.

 


Digər xəbərlər

Xəbər xətti