"Neftçi"nin idman direktorunun evini oğru "apardı" - SON DURUM

14:35 4 Yanvar 2019

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov xoşagəlməz olayla üzləşib.

 

Sportarena.az xəbər verir ki, onun Tbilisi prospektikində yerləşən mənzilinə oğru daxil olub.Hadisə yanvarın 1-dən 2-nə keçən gecə baş verib. Oğru 21 mərtəbəli binanın fasadından öncə 19-cu mərtəbəyə enib.Ordakı evi yarandan sonra 11-ci etaja düşüb. Özü də bir-birinə bərkidilmiş kəndirlər vsitəsilə.

 

Aynabənddən mənzilə keçən “çağırılmamış qonaq” içəridə gözünə nə dəyibsə, hamısını “silib-süpürüb”. Pul, qızıl zinət əşyaları, şuba və.s. Hadisəni törədən şəxs peşəkar oğrudu. Hər halda hadisə yerində təhqiqata başlayan polis əməkdaşları bu fikirdədi. Onları bu qənaətə gətirən səbəb cinayətkarın “iş”ini ustalıqla görməsidi.

 

Belə ki, o, əvvəlcə fasada yerləşdirilmiş kameranın üzərinə torba keçirib. Üzünü şərflə bağlamış və gözünün üstünü papaqla örtmüş oğru demək olar əl izi qoymayıb, qara əlcəkdən istifadə edib. 


Sultanovlar həmin vaxt Azərbaycanda olmayıb. Yeni ili Gürcüstanda keçirən ailə dünən günün ikinci yarısında Bakıya dönüb.

 

Bu zaman binanın həyətində hüquq-mühafizə orqanlarının nümayəndələri ilə qarşılaşıblar. Polislər onadək elə bilib ki, oğru yalnız 1 evi “aparıb”.

 

Ceyhun Sultanov mənzilinin qapısını açıq, işıqların yanmasını görəndən sonra məlum olub ki, əslində, cinayətkar iki yerə “baş çəkib”.

 

Hadisəylə əlaqədar cinayət işi açılıb, axtarışlar davam etdirilir. (Sportinfo)



Digər xəbərlər

Xəbər xətti