“Qarabağ”ın futbolçusu “Lester Siti”yə gedir?

15:15 4 Yanvar 2019

“Qarabağ”ın haitili futbolçusu Donald Gerye ilə bağlı maraqlı iddia irəli sürülüb.

 

Sportarena.az xəbər verir ki, Gerye ilə İngiltərənin “Lester Siti” və “Brayton” klublarının maraqlandığı iddia olunur. Bu barədə xəbəri Haitinin “Actualites Foot Lakay” səhifəsi yayıb.

 

Haiti millisinin də formasını geyinən futbolçuya Türkiyədən də maraq olduğu yazılıb. Xəbərdə, Geryenin Türkiyə Super Liqasının debütantı “Ərzurumspor”un maraq dairəsində olduğu qeyd edilib.


Xəbər xətti