Qazaxıstan klubu "Keşlə" ilə oynamaqdan imtina etdi

12:50 6 Yanvar 2019

"Keşlə"nin Antalya toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirəcəyi rəqiblərindən biri dəyişib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 17-də Qazaxıstan təmsilçisi "Okjetpes"lə planlanan qarşılaşma baş tutmayacaq. Buna rəqibin məşqçilər heyətindəki dəyişiklik səbəb olub. Buna baxmayaraq, komanda yanvarın 18-də Özbəkistanın U-23 yığması ilə yoxlama görüşündə üz-üzə gələcək.

 

"Keşlə"nin Antalya toplanışı yanvarın 12-dən 26-dək davam edəcək.


Xəbər xətti