"Neftçi" Karikariyə yeni klub tapdı? - SON XƏBƏR

13:00 6 Yanvar 2019

"Neftçi"kompensasiya məsələsində razılığa gələ bilmədiyi Kvame Karikariyə yeni iş yeri tapıb.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, Türkiyənin aşağı liqa komandalarına yollanmaq istəməyən oyunçu karyerasını Albaniyada davam etdirməyə çox yaxındı. "Neftçi” rəhbərliyi qanalı forvarda Azərbaycan təmsilçisində aldığından daha az əməkhaqqı ödəmək istəyən "Partizani" ilə transferi razılaşdırıb.

 

O, yeni iş yeri tapsa da, Bakı klubunu təzminatsız tərk etməyəcək. Hücumçuya müəyyən məbləğdə pul veriləcək. 26 yaşlı futbolçunun "Partizani"nin Antalya toplanışına qatılması planlaşdırılıb. Elə tərəflər arasındakı danışıqlar da Türkiyədə davam etdiriləcək, detallar müəyyənləşdiriləcək.


Xəbər xətti