“Qarabağ”dan ayrılmayacağam" - Donald Geryedən AÇIQLAMA

14:35 6 Yanvar 2019

“Qarabağ”ın futbolçusu Donald Gerye komandadan ayrılacağı iddialarına cavab verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlama verən 29 yaşlı yarımmüdafiəçisi Ağdam klubundan getməyəcəyini deyib: 

 

“Lester”ə keçəcəyim iddiaları haqda məlumatım yoxdur. “Qarabağ”dan ayrılmayacağam. Yanvarın 6-sı Antalyada başlayacaq təlim-məşq toplanışına qatılacağam”.

 

Qeyd edək ki, Haiti mətbuatı Gerye ilə İngiltərənin “Lester” və “Brayton” klubları maraqlandığını yazıb.


Digər xəbərlər

Xəbər xətti