Almanlar millinin ən yaxşısını seçdi

15:29 6 Yanvar 2019

Almaniya millisinin 2018-ci ildə ən yaxşı futbolçusu müəyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu ada Dortmund "Borussiya"sının üzvü Marko Roys layiq görülüb.

 

Almaniya Futbol İttifaqının rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğuda 29 yaşlı yarımmüdafiəçi 89928 (33,9 faiz) səs toplayıb. O, "Bavariya"nın müdafiəçisi Coşua Kimmix (31 faiz) və "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Saneni (10,3 faiz) qabaqlayıb.

 

Roys 2018-ci ildə Almaniya millisinin heyətində 13 oyunda 8-də iştirak edib. Təcrübəli futbolçu 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. 


Digər xəbərlər

Xəbər xətti