İngiltərə kuboku: "Mançester Yunayted" və "Çelsi" kubokda yoluna davam edir

15:47 6 Yanvar 2019

"Mançester Yunayted" İngiltərə kubokunun 1/32 finalı çərçivəsində "Redinq"lə keçirilən ev matçında qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. "Mançester Yunayted" bu qələbə sayəsində turnirin 1/16 finalına çıxıb, "Redinq" isə yarışı tərk edib.

 

Paralel keçən qarşılaşmada "Çelsi" klubu "Nottingem Forest"i 2:0 hesabı ilə məğlub edib və turnirin növbəti mərhələsinə vəsiqəni təmin edib. Bu görüşdə Alvaro Morato dubl edib.


Digər xəbərlər

Xəbər xətti