Məşhur futbolçu izləyicilərini təhqir etdi: "Qüsurlu qoruyucudan dünyaya gəlmiş paxıllar" - FOTO

16:24 6 Yanvar 2019

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi tənqidlərə sərt cavab verib.

 

Sportarena.az xəbər verir ki, fransalı futbolçunun hədəfə alınmasına "Salt Bae" ləqəbli məşhur türk aşpaz Nüsrət Gökçenin restoranlarından birində çəkilmiş video paylaşması səbəb olub.

 

Fransalı futbolçu restoranda özünə üzəri nazik qızıl səthi ilə örtülmüş steyk sifariş edib. Yeməyin qiyməti 1200 avro olub və bu, bəzi azarkeşlər və KİV nümayəndələrinin qəzəbinə səbəb olub.

 

Riberi buna cavab olaraq "Twitter"də onu tənqid edənləri "qüsurlu qoruyucudan dünyaya gəlmiş paxıllar" adlandırıb və onların qohumlarını təhqir edib.



Xəbər xətti