Elxan Məmmədov yığmaya daha bir əcnəbi tapdı - SON XƏBƏR

01:03 7 Yanvar 2019

Milliyə əcnəbi çalışdırıcı axtaran Elxan Məmmədovun daha bir namizədi məlumdu.

  

Sportarena.az xəbər verir ki, AFFA-nın baş katibi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha”nın baş məşqçisi Slavolyub Muslinə Azərbaycan yığmasının potensial baş məşqçisi gözüylə baxır.

 

Serbiya millisini DÇ-2018-in finalına aparan Muslin müəmmalı şəkildə qovulandan bəri "Əl-Feyha”nın "sükanı arxası”ndadı.

 

Qeyd edək ki, buna qədər 65 yaşlı serb mütəxəssis 19 klub çalışdırıb ki, onlar arasında "Bordo” (Fransa), "Lokomotiv” (Moskva), Srvena Zvezda (Serbiya) və Levski (Bolqarıstan) da var. (fanat.az)


Xəbər xətti