Məşhur futbolçu HƏBS OLUNDU

11:00 7 Yanvar 2019

Dünya futbolunun ulduzu Ueyn RuniVaşinqton aeroportunda sərxoş vəziyyətdə dava salıb.

 

Sportarena.az xəbər verir ki, İngiltərə yığmasının sabiq hücumçusu hava limanında nalayiq hərəkətləri ilə diqqəti cəlb edib və ətrafdan keçənlərlə mübahisə edib. Ueyn Runi ictimai yerdə sərxoş vəziyyətdə, uca səslə söyüş söydüyü üçün Vaşinqtonda həbs olunub. 

 

Nəşrin məlumatına görə, hadisə dekabrın 16-da olub. Runi Dalles adına Vaşinqton aeroportunda həbs edilib. Lakin o, sonradan cərimə ödəyərək, müvəqqəti sərbəst buraxılıb. (Report)


Digər xəbərlər

Xəbər xətti