“Barselona”nın Suaresi “Arsenal”a keçə bilər

12:06 7 Yanvar 2019

Londonun “Arsenal” klubunun rəhbərliyi “Barselona” klubunun şərəfini qoruyan yarımmüdafiəçi Denis Suaresi heyətinə qatmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, ispan futbolçu Kataloniya klubunun heyətində meydana, demək olar ki, çıxmır və artıq qış transfer pəncərəsində dumanlı Albiona köçə bilər.

 

Qeyd edək ki, Suares “Sevilya” klubunda çıxış etdiyi vaxtlar “topçuların” baş məşqçisi Unai Emerinin rəhbərliyi altında top qovub.Cari mövsümdə xavbek La Liqanın yalnız iki matçında meydana çıxıb və hər hansı əlamətdar nəticə göstərməyib.


Xəbər xətti