"Anderlext"də yeni baş məşqçi

14:34 8 Yanvar 2019

Belçikanın "Anderlext" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, komanda Fred Ruttenə həvalə olunub. 57 yaşlı mütəxəssis bu postda Heyn Vanhazebruku əvəzləyib. Onunla imzalanan müqavilənin detalları hələlik bəlli deyil.Heyn Vanhazebruk uğursuz nəticələrdən sonra istefaya göndərilib.

 

Qeyd edək ki, "Anderlext" Belçika çempionatında 34 xalla 5-ci pillədə qərarlaşıb. Ölkə kubokunda da mübarizəni dayandıran komanda Avropa Liqasında yer aldığı D qrupunda 3 xalla sonuncu yeri tutub.


Digər xəbərlər

Xəbər xətti