"Beşiktaş"ın azərbaycanlı azarkeşlərindən ALQIŞALAYİQ ADDIM: Cəbhə bölgəsində... - FOTOLAR

Sportarena.az      8 Yanvar 2018, 17:18

“Beşiktaş” klubunun Azərbaycandakı azarkeşləri ölkədə ilkə imza atıblar.

 

Sportarena.az xəbər verir ki, “Kənd məktəblərinə yardım” kampaniyası çərçivəsində azarkeşlər ölkəmizin dörd bir yanından toplaşaraq cəbhə bölgəsində yerləşən Ağdama humanitar yardım aparıblar.Onlar kampaniya çərçivəsində Ağdamın aşağı Yüzbaşı kəndində yerləşən 69 saylı köçkün orta məktəbinin şagirdlərinə müxtəlif dərs və geyim ləvazimatları hədiyyə ediblər.

 

Könüllülər tərəfindən müxtəlif sosial şəbəkələr vasitəsilə toplanan ianələr 37 nəfərlik şagird heyətinə ötən gün təqdim edilib. Məktəbin müəllim və şagird kollektivi könüllülərə təşəkkür edib və hədiyyələrdən məmnun olduqlarını bildirib.

 

"Kənd məktəblərinə yardım" kampaniyasının Ağdam səfərində könüllülərə “Uğur” könüllülər qrupu, “Kimsəsiz uşaqların sosial müdafiəsi fondu”nun Gəncə filialı, “Gənclər üçün təhsil mərkəzi”nin Gəncə bürosu dəstək olub.

 

Qeyd edək ki, "Kənd məktəblərinə yardım" kampaniyası ilk dəfə Daşkəsəndə yerləşən ucqar kənd məktəblərinin şagirdlərini sevindirib. Kampaniya çərçivəsində ölkəmizin ucqar bölgələrində yerləşən məktəblərin şagirdlərinə humanitar yardımların edilməsi nəzərdə tutulur. Kampaniyaya dəstək olmaq istəyənlər facebook-da "Kənd məktəblərinə yardım" qrupuna qoşularaq hədiyyələrini ucqar bölgələrə göndərə bilər. (publika.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin