Almaniya millisinin üzvü "Barselona"nın hədəfində

17:13 9 Yanvar 2019

“Barselona” hücum xəttini gücləndirmək məqsədilə transfer etmək istədiyi beş hücumçunun adını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi yayda 32 yaşı tamam olacaq Luis Suaresi gələcəkdə əvəzləyə biləcək gənc forvard axtarışındadır.

 

Kataloniya təmsilçisinin transfer gündəliyinə daxil etdiyi hücumçular Kşiştof Piatek (“Genoa”), Nikola Pepe (“Lill”), Maksi Qomes (“Selta Viqo”), Luka Yoviç (“Ayntraxt”) və ALmaniya millisinin üzvü Timo Vernerdir (“Leypziq”).


Digər xəbərlər

Xəbər xətti