Millimizdə oynamış futbolçular “Beşiktaş”ın heyətində matça çıxdı - FOTOLAR

20:05 9 Yanvar 2019

Millimizdə çıxış etmiş futbolçular – Hüseyn Seylığlı və Ege AtlamTürkiyənin “Beşiktaş” klubunun əsas heyətində meydana çıxıb.

 

Sportarena.az xəbər verir ki, “Beşiktaş” dünən Antalyada Hollandiyanın I divizion klubu “Helmond Sport”la yoxlama matçı keçirib.

 

İstanbul klubunun kanadalı hücumçu Kayl Larinin 65-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəldiyi görüşdə Seylığlı oyuna start heyətdə başlayıb. O, fasilədə əvəzlənib. Atlam isə meydana sonradan daxil olsa da, 85-ci dəqiqədə yerini 19 yaşlı yarımmüdafiəçi Ərdəm Seçginə verməli olub.

 

Qeyd edək ki, hər iki futbolçu üç il əvvəl Bakıda keçirilmiş 17 yaşadək millilərin Avropa çempionatında yığmamızın tərkibində olub. Hüseyn Seylığlı ötən ilədək 21 yaşadək millimizdə çıxış edibsə, Ege Atlam sonuncu dəfə 19 yaşadək millimizə iki il əvvəl çağırılıb.



Digər xəbərlər

Xəbər xətti