Elşad Əhmədov: "İkinci qoldan sonra rəqib həvəsdən düşdü" - VİDEO

Sportarena.az      10 Yanvar 2018, 20:10

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov komandasının qış toplanışı barədə fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi "YouTube" kanalına danışan mütəxəssis əvvəlcə hazırlıq prosesini dəyərləndirib:

 

"Yanvar ayının 2-dən Antalyada təlim-məşq toplanışına yığışmışıq. Hazırlığımız planlı şəkildə davam edir. İki gün hava yağışlı oldu, amma sonradan düzəldi. Ayın 12-nə kimi daha çox fiziki hazırlıq məşqləri üzərində işləyəcəyik. Bundan sonra isə oyunlarımız olacaq".

 

"Sabah" 3 həftəlik toplanış müddətində 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən 3-ü artıq bilinir. Debütant yanvarın 12-də Türkiyənin"Əskişəhərspor", 16-da Qazaxıstanın "Tobol", 19-da isə Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Gənc mütəxəssis rəqib seçimini bu cür izah edib: "Dörd rəqibimizdən üçü dəqiqləşib, ayın 22-dəki komanda barədə isə tam qərar verilməyib. Hər ölkədən bir klubla qarşılaşmaq istəyirik. Ona görə bu cür rəqiblər seçdik. Çalışırıq ki, 4-cü komanda da başqa bir ölkədən olsun. İlk rəqib olaraq, Türkiyənin birinci liqasında oynayan "Əskişəhərspor"u seçdik. Getdikcə daha yaxşı komandalarla qarşılaşıb, öz gücümüzü bilmək istəyirik".

 

Qış fasiləsində heyətə cəlb edilən Rəşad Eyubov və Təmkin Xəlilzadə barədə də dasnışan Əhmədov onların komandaya xeyir verəcəyinə inandığını söyləyib: "Hələ ki, 2 yerli futbolçu transfer etmişik. Hər ikisi komandaya rəng qatacaq oyunçulardır. Cəmi 8 gündür komanda ilə bir yerdə olmalarına baxmayaraq, yaxşı uyğunlaşdılar. Belə götürəndə, bir-birilərini tanıyan uşaqlardır. Ümid edirəm ki, hər ikisi komandamıza xeyir verəcək".

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin