"Mən heç vaxt tanış olmadığım adamlarla eşqbazlıq etmirəm" - FOTOLAR

21:31 10 Yanvar 2019

Məşhur braziliyalı model Ariana Lima haqqında çıxan dedi-qodulardan təngə gəlib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı ulduz model "Beşiktaş"ın almaniyalı qapıçısı Loris Kariusla eşq yaşadığı ilə bağlı çıxan xəbərlər barədə açıqlama yayıb.

 

O, "Instagram" hesabında bunları qeyd edib: "Türkiyə mətbuatının yalan dolu xəbərlərinə görə, mən heç vaxt tanış olmadığım adamlarla eşqbazlıq edirəm. Xahiş edirəm, yalan xəbərləri bitirin! Kifayətdir!"

 

Limanın uzun müddətdir birgə olduğu türk yazar Metin Haradan ayrıldığı barədə iddialar da var.Adriananın Metinlə olduğu fotoları "instagram"dan silməsi bu söhbətləri daha da inandırıcı edib.

 

Kariusla Adriana isə "instagram"da bir-birlərini qarşılıqlı şəkildə izlməyə başlamışdılar.



Digər xəbərlər

Xəbər xətti