İspaniya kuboku: "Barselona" məğlub oldu - VİDEO

09:58 11 Yanvar 2019

Futbol üzrə İspaniya Kubokunun 1/8 final matçında ikinci heyətlə oynayan "Barselona" səfərdə "Levante"yə 1:2 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, hesabı 4-cü dəqiqədə ev sahiblərinin uruqvaylı müdafiəçisi Erik Kabako açıb.Birinci hissənin ortalarında Borxa Mayoral Valensiya komandasının üstünlüyünü artırıb – 2:0. Qonaqlar matçın sonlarında Filippe Koutinyonun penaltidən vurduğu qol sayəsidə hesabdakı fərqi azaldıblar.

 

Komandalar arasında cavab qarşılaşması yanvarın 17-də keçiriləcək. Bildirək ki,"Barselona" turnirin hazırkı qalibidir. Onlar ötən il finalda "Sevilya"nı 5:0 hesabı ilə darmadağın ediblər.

 

 


Xəbər xətti