İkardi “İnter”lə müqaviləsini uzatmayacaq - Arvadı açıqladı

12:43 11 Yanvar 2019

“İnter”in aparıcı futbolçusu Mauro İkardi Milan klubunu tərk edəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Vanda İkardi məlumat verib. O, sosial media hesabında ““İnter”dən cəlbedici təklif almadıq. Mauro Milan klubu ilə müqaviləsini uzatmayacaq. İspaniyanın hər iki nəhəng klubu ilə görüşlərimiz davam edir”. 

 

Mətbuatda yazılan məlumatlara görə, argentinalı futbolçu ilə “Real” və “Çelsi” yaxından maraqlanır. Madridlilərin bu transfer üçün qarşı tərəfə 110 milyon avro təklif etdiyi bildirilir. 

 

Qeyd edək ki, İkardinin “İnter”lə müqaviləsi 2021-ci ilin iyun ayında başa çatacaq. 


Xəbər xətti