Gürcü futbolçu "Qəbələ" ilə müqavilə bağlamağa gəldi

Sportarena.az      11 Yanvar 2018, 14:50

"Qəbələ” qış fasiləsində heyətinə ilk legioner futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a klubdan məlumat verib. Bildirilib ki, gürcüstanlı Davit Volkovi artıq Bakıdadı. 23 yaşlı mərkəz hücumçusu tibbi baxışdan uğurla keçəcəyi təqdirdə, onunla müqavilə bağlanılacaq.

 

Sözləşmənin müddəti 1,5 illik nəzərdə tutulub. Son klubu Gürcüstan "Saburtalo”su olan forvard "Qəbələ”yə azad agent statusu ilə gəlib. Volkovi 2018-ci il mövsümündə çempion olan komandasının heyətində 28 matça çıxıb və 8 qol vurub. O, karyerası ərzində iştirakçısı olduğu 126 görüşdə 49 dəfə rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, əyalət təmsilçisi bunadək "Zirə”dən qapıçı Anar Nəzirovu transfer edib. Əvəzində, yarımmüdafiəçi Təmkin Xəlilzadə "Sabah”a, qapıçı Aqil Məmmədov isə "Neftçi”yə keçib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin