Ronaldudan cinsi təcavüzlə bağlı DNT nümunəsi götürüləcək

16:16 11 Yanvar 2019

Las-Veqas polisi "Yuventus" və Portuqaliya millisinin cinsi təcavüzdə ittiham olunan hücumçusu Kriştianu Ronaldudan DNT nümunəsi götürülməsi barədə göstəriş verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.Bildirilir ki, polis Ronaldunu cinsi təcavüzdə ittiham edən Ketrin Mayorqanın paltarından tapılan genetik material nümunələrinin portuqaliyalı futbolçunun DNT-si ilə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək niyyətindədir.

 

Məlumata görə, polis müvafiq orderi artıq İtaliyanın məhkəmə xidmətlərinə göndərib.Daha əvvəl 34 yaşlı model Mayorqa Ronaldunu guya 2009-cu ildə Las-Veqasda baş verən cinsi təcavüzdə ittiham edərək məhkəməyə verib.


Digər xəbərlər

Xəbər xətti