51 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

10:24 12 Yanvar 2019

Dünyanın ən yaşlı professional futbolçusu Kazuyoşi Miura Yaponiyanın 2-ci liqa təmsilçisi “Yokohama FC” ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, 26 fevralda 52 yaşını qeyd edəcək hücumçu daha 1 il yaşıl meydanlarda qalacaq.Miura bildirib ki, neçə yaşında olmasından asılı olmayaraq hər zaman böyük istəklə oynayacaq.

 

O, professional karyerasında 34-cü mövsümünü keçirəcək.


Xəbər xətti