Həbib Nurməhəmmədov azərbaycanlı futbolçudan yazdı: "MƏNİ PİS VƏZİYYƏTDƏ QOYMA" - FOTOFAKT

11:03 12 Yanvar 2019

UFC çempionu Həbib Nurməhəmmədov Moskva "Spartak"ının yeni transferi Ayaz Quliyevə müraciət edib.

 

Sportarena.az xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə "Instagram" hesabında yazıb.

 

31 yaşlı idmançı 23 yaşlı azərbaycanlı yarımmüdafiəçinin ona bənzədilməsindən danışıb: "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma".

 

Qeyd edək ki, "Spartak" azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər. 



Xəbər xətti